Arda Turan Çempionlar Liqasının ən yaxşısı oldu

9-12-2016, 21:57           

Türkiyə millisinin və "Barselona" komandasının üzvü Arda Turan UEFA Çempionlar Liqasında 6-cı həftənin ən yaxşı futbolçusu seçilib.

Axar.az xəbər verir ki, UEFA-nın internet saytında keçirilən səsvermədə Arda rəqiblərini qabaqlayıb. 58 faizlik səs toplayan türkiyəli ulduz "Barselona"nın ÇL-nin qrupunda keçirdiyi son görüşdə Almaniya təmsilçisi "Borusiya Münhenqladbax"ın qapısına 3 qol vurmaqla bərabər, Messinin vurduğu qolun ötürməsini etmişdi.

Siyahıda növbəti pillədə "Bavariya"nın polşalı oyunçusu Robert Levandovski 17 faiz, "Dinamo Kiyev"in üzvü Andrey Yarmolenko isə 8 faizlik səslə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru