Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə birinci Avropa Oyunlarında medal qazanan idmançılarımızla iyunun 17-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) keçirilən görüşdə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. A.Rəhimov bildirib ki, iyunun 17-də MOK-da Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib. Konfransda təhsil naziri Mikayıl Cabbarov yekdilliklə federasiya prezidenti seçilib.