Abdulkadir qələbə qazandı - Yenilənir

21-06-2015, 16:20           
Abdulkadir qələbə qazandı - Yenilənir
Bu gün Avropa Oyunlarında boks yarışları davam edəcək.


Moderator.az xəbər verir ki, əlcək ustalarının yarışında Azərbaycanı 5 idmançı təmsil edəcək. Onlardan 4-ü kişi, 1-i qadın olacaq. Boksçularımız hamısı ¼ finala adlamaq uğrunda yumruqlarını “işə salacaqlar”.

69 kq-da Pərviz Bağırov da Moldova idmançısı ilə görüşəcək. O, 14:15-də Vasili Belousla üz-üzə gələcək.

91 kq-da Abdulkadir Abdullayev macarıstanlı Hamori Adamla görüşəcək. Görüş 15:30-da başlayacaq.

64 kq çəki dərəcəsində Kollaso Stromayor 20:30-da Qalaqo Dmitrini məğlub etməyə çalışacaq.

75 kq-da Xaybula Musalov fransalı Mbilli Assomo-Hallier ilə üz-üzə gələcək. Bu qarşılaşma 21:00-da başlayacaq.

Xanım boksçumuz Yana Aleeksevna 57-60 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. O, finlandiyalı Mira Potkonenlə saat 13:00-da döyüşəcək.

***

Yana Aleeksevna 57-60 kq çəki dərəcəsində finlandiyalı Mira Potkonenlə görüşür.

***

İdmançımız 3:0 hesabı ilə qələbə qazanıb.

***

69 kq-da Pərviz Bağırov moldovalı Vasili Belousla görüşür.

***

Pərviz Bağırov 3:0 hesablı qələbə qazanaraq 4/1 finala adladı.

***

91 kq-da Abdulkadir Abdullayev macarıstanlı Hamori Adamla görüşür.

***

İdmançımız qarşılaşmada 3:0 hesabı ilə qalib gəldi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru