6 boksçumuz yarımfinalda
23-06-2015, 17:41
Azərbaycanın boks üzrə milli komandasının artıq 6 üzvü yarımfinala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində Albert Səlimov 1/4 final mərhələsində bolqarıstanlı Dmitri Elianla üz-üzə gəlib. Qarşılaşma 3-0 hesabı ilə Albert Səlimovun xeyrinə başa çatıb.
*****
Daha bir boksçumuz yarımfinala yüksəlib. Lent.az-ın məlumatına görə, qadınların 54 kq çəki dərəcəsində Anna Əlimərdanova 1/4 final mərhələsində bolqarıstanlı Stanimira Petrova ilə gücünü sınayıb. Görüş 3-0 hesabı ilə Əlimərdanovanın xeyrinə başa çatıb. Bu qələbə ilə yarımfinala yüksələn Anna Əlimərdanova ən azsı bürünc medala yiyələnəcək.
Qeyd edək ki, artıq 5 boksçumuz yarımfinal mərhələsinə vəsiqə qazanıb.
************
10:25
Bu gün Avropa Oyunlarında 6 boksçumuz yarımfinal uğrunda mübarizə aparacaq. Lent.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Lorenzo Sotomayor rumıniyalı Daniel Nikulesku ilə yarımfinala çıxmaq üçün mübarizə aparacaq .
69 kq çəki dərəcəsində Pərviz Bağırov yarımfinala çıxmaq üçün almaniyalı Abass Barau səddini keçməlidir.
91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev Fransa idmançısı Pol Bionqolo Ombanı ilə üz-üzə gələcək.
Avropa Oyunlarında ilk görüşünə çıxacaq qitə çempionu və dünya ikincisi Yelena Vıstropova bu 64 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Yelena Vıstropova yarımfinala vəsiqə qazanmaq üçün Böyük Britaniya boksçusu Rayan Sandi səddini keçməlidir.
Qeyd edək ki, bir gün öncə 1/4 final qarşılaşmasına çıxan 5 boksçumuzdan 4-ü mərhələ adlayıb.