FT: “Qətər terrorçulara bir milyard dollara yaxın pul ödəyib”

6-06-2017, 09:13           
FT: “Qətər terrorçulara bir milyard dollara yaxın pul ödəyib”
Qətər hökuməti bu yaxınlarda terrorçulara 1 milyard dollara yaxın pul ödəyib.

APA-nın məlumatına görə, bu barədə “The Financial Times” qəzeti sövdələşmədə iştirak edən mənbələrə istinadən yazıb.

Məlumata görə, rəsmi Doha İraqın cənubunda şahin quşlarının ovu ilə məşğul olaraq girov götürülən əmirin 26 ailə üzvü, Suriyada isə terrorçuların girovluğunda olan 50 hərbçiyə görə bir milyard dollara yaxın pul ödəməli olub. İddiaya əsasən, girovların sərbəst buraxılması üçün adıçəkilən məbləğ bu ilin aprelində “Əl-Qaidə”nin Suriyadakı qolu və İran xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürülüb.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları və Mavrikiy Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru