Rusiyanın “Zenit” klubunun üzvü Denis Terentyev hücuma məruz qalıb.
teref.az Apasport.az-a istinadən xəbər verir ki, futbolçu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
Bu barədə onun həyat yoldaşı sosial şəbəkədə foto paylaşıb. Bildirilib ki, oyunçu ilə ona hücum edən şəxslər küçədə avtomobilin hərəkəti zamanı mübahisə ediblər və nəticədə digər sürücü ona hücum edərək başına zərbə endirib.
Beyin silkələnməsi xəsarəti alan Terentyevin mövsümün sonuna kimi yaşıl meydanlardan uzaqda qalacağı gözlənilir.