"WTA" yanvarın ən yaxşı tennisçisini müəyyənləşdirib

3-02-2018, 09:54           
"WTA" yanvarın ən yaxşı tennisçisini müəyyənləşdirib
Qadın Tennis Assosiasiyası ("WTA") yanvarın ən yaxşı idmançısına dair səsvermələrə yekun vurub.

"Report" "WTA"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, rumın tennisçisi Simona Halep 71% səslə dünya reytinqinin birincisi olub.

İkinci yerdə 25% səslə "Australian Open"də dünyanın ən yaxşı tennisçisi olmuş danimarkalı Karolina Voznyaçki qərarlaşıb.

Səsvermələrin nəticələrinə görə, üçüncü yeri alman Anjelike Kerber (3% səslə) tutub. Dördüncü yerdə isə ukraynalı Elina Svitolina 1% səslə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru