Avropa Liqasında bütün 1/8 finalçılar bəlli olub - NƏTİCƏLƏR

23-02-2018, 07:50           

Avropa Liqasında bütün 1/8 finalçılar bəlli olub. Apasport.az saytının məlumatına görə, turnirin 1/16 final mərhələsinin cavab oyunları da maraqlı matçlarla yadda qalıb.



Səfərdən 3:2 hesablı qələbə ilə dönən “Lokomotiv” öz meydanında da “Nitsa”nı məğlub edib. Çempionlar Liqasında bu mövsüm müxtəlif vaxtlarda “Qarabağ”la oynamış komandaların duelində yenə “Atletiko” “Kopenhagen”dən güclü olub.




"Napoli" səfərdə “Leyptsiq”i üstələsə də, almanlar səfərdə daha çox qol vurduqlarına görə sevinən tərəf olublar. “Lion” "Vilyarreal"a, “Zenit” isə “Seltik”ə şans verməyib.



"Milan" doğma azarkeşləri önündə də "Ludoqorets"ə qalib gəlib. "Arsenal" isə Londonda "Ostersund"a uduzub. Buna baxmayaraq, ilk görüşdə qeydə alınan nəticə "topçular"ın mübarizəni davam etdirmələrinə şərait yaradıb.



Beləliklə, Avropa Liqasının 1/8 finalına MOİK (Rusiya), "Lokomotiv" (Rusiya), "Atletiko", (İspaniya), "Dinamo" (Ukrayna), "Latsio" (İtaliya), "Viktoriya" (Çexiya), "Leyptsiq" (Almaniya), "Sportinq" (Portuqaliya), "Lion" (Fransa), "Zenit" (Rusiya), "Milan" (İtaliya), "Arsenal" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Atletik" (İspaniya), "Marsel" (Fransa) və "Zalsburq" (Avstriya) adlayıb.





Avropa Liqası

1/16 final (cavab oyunları)

22 fevral



“Lokomotiv” (Rusiya) – “Nitsa” (Fransa) - 1:0

Qol: Denisov, 30

İlk oyun: 3:2



“Atletiko” (İspaniya) – “Kopenhagen” (Danimarka) - 1:0

Qol: Qameyro, 7

İlk oyun: 4:1



“Dinamo” (Ukrayna) – AEK (Yunanıstan) - 0:0

İlk oyun: 1:1



“Latsio” (İtaliya) – “Styaua” (Rumıniya) - 5:1

Qollar: İmmobile, 7, 43, 71; Bastos, 35; Anderson, 51 - Qnohere, 82

İlk oyun: 0:1



“Viktoriya” (Çexiya) – “Partizan” (Serbiya) - 2:0

Qollar: Krmençik, 67; Çermak, 90+4

İlk oyun: 1:1



“Leyptsiq” (Almaniya) – “Napoli” (İtaliya) - 0:2

Qollar: Zelinski, 33; İnsinye, 86

İlk oyun: 3:1



“Sportinq” (Portuqaliya) – “Astana” (Qazaxıstan) - 3:3

Qollar: Dost, 3; Fernandes, 53, 63 - Tomasov, 37; Tvumasi, 80; Şomko, 90+4

İlk oyun: 3:1



“Vilyarreal” (İspaniya) – “Lion” (Fransa) - 0:1

Qol: Traore, 86

İlk oyun: 1:3



“Zenit” (Rusiya) – “Seltik” (Şotlandiya) - 3:0

Qollar: İvanoviç, 8; Kuzyayev, 28; Kokorin, 61

İlk oyun: 0:1



“Milan” (İtaliya) – “Ludoqorets” (Bolqarıstan) - 1:0

Qol: Borini, 21

İlk oyun: 3:0



“Arsenal” (İngiltərə) – “Ostersund” (İsveç) - 1:2

Qollar: Kolaşinats, 47 - Aieş, 22; Sema, 23

İlk oyun: 3:0



“Atalanta” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 1:1

Qollar: Toloi, 11 - Şmeltser, 83

İlk oyun: 2:3



“Atletik” (İspaniya) – “Spartak” (Moskva, Rusiya) - 1:2

Qollar: Etxeita, 57 - Adriano, 44; Melqarexo, 85

İlk oyun: 3:1



“Braqa” (Portuqaliya) – “Marsel” (Fransa) - 1:0

Qol: Horta, 31

İlk oyun: 0:3



“Zalsburq” (Avstriya) – “Real Sosyedad” (İspaniya) - 2:1

Qollar: Dabbur, 10; Berişa, 74 (pen.) - Navas, 28

İlk oyun: 2:2












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru