Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atılıb

24-02-2018, 09:47           

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

“Report”un məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub. Cütlərin tərkibi “kor püşk”ə əsasən müəyyənləşib. Yəni komandaların səpələnmişlər və səpələnməmişlər səbətlərinə, eləcə də ölkə bölgüsü aparılmayıb. Yeganə istisna kimi Rusiya və Ukrayna komandaları bir-birilərinə rəqib olmalarına imkan yaradılmayıb. Bu isə iki ölkə arasındakı siyasi münasibətlərin qaydasında olmaması ilə əlaqədardır.

1/8 finalda görüşəcəklər:

“Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna)

“Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya)

“Atletiko” (Madrid, İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya)

MOİK (Moskva, Rusiya) – “Lion” (Fransa)

“Marsel” (Fransa) – “Atletik” (Bilbao, İspaniya)

“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya)

“Borussiya” (Dortmund, Almaniya) – “Zalsburq” (Avstriya)

“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə)

Oyunlar martın 8-də və 15-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanında təşkil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru