Tədris mərkəzində intihar yoxsa... – Əsəbləşib ayaqyolunun qapısını yumruqladı

24-02-2018, 11:42           

Xəbər verdiyimiz kimi dünən axşam saatlarında Mingəçevirdə yerləşən "Kür” Olimpiya İdman Tədris Mərkəzində intihar hadisəsi baş verib. Avarçəkmə üzrə Rusiya yığmasının adı hələ dəqiqləşdirilməmiş təmsilçisi qollarını doğrayaraq intihara cəhd edib. Yaralı təcili xəstəxanaya çatdırılıb.



Məsələ ilə bağlı "Kür” Olimpiya Təlim-Tədris Mərkəzinin baş direktoru və Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti Natiq Abbasovla əlaqə saxladıq. Unikal.org-a danışan mərkəzin direktoru hadisənin intihar olmadığını deyib:

"Dünən axşam baş verən hadisə intihar deyil. Belə ki, Rusiya yığmasının üzvü Mensur adlı idmançı ayaqyolunun qapısını aça bilmədiyi üçün əsəbləşib və qapıya yumruq vurub. Bu zaman qapının pəncərəsinin şüşəsi qırılıb onun əlini kəsib. Vəziyyəti yaxşıdır.

Rusiya millisi bir müddətdir ki, bizim tədris mərkəzində təlim-məşq keçir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru