Yunanıstanda futbol matçı məşqçinin xəsarət alması ilə əlaqədar təxirə salınıb

26-02-2018, 08:18           
Yunanıstanda futbol matçı məşqçinin xəsarət alması ilə əlaqədar təxirə salınıb
Yunanıstanжт Superliqası çərçivəsində keçirilən PAOK - "Olimpiakos" matçı qonaqların məşqçisi Oskar Qarsiyanın xəsarət almasından sonra ləğv olunub.

"Report" xəbər verir ki, buna səbəb ona tribunadan atılan əşya olub.

Məlumata görə, matçın başlamasına bir neçə dəqiqə qalmış PAOK-un fanatları ispan mütəxəssisə kassa aparatında istifadə edilən kağız rulonu atıblar. "Cadena Ser" xəbər verir ki, əşya məşqçinin üzünə dəyib. Nəticədə onun dodağı partlayıb.

Qarsiyaya tibbi yardım göstərilib. O, xəstəxanaya yerləşdirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru