Honda “kabusla” yarışıb (Video)

27-02-2018, 00:10           

Şirkət, yolda kimin daha sürətli olacağını aydınlaşdırmaq qərarına gəlib – peşəkar yarışmaçının və ya peşəkar geymerin?

Avtoreyd.az bildirir ki, bu suala cavab vermək üçün, Honda şirkəti peşəkar geymer Piter “the SLAPtrain” Djekins və IndyCar-ın pilotu Qrehem Rahalı dəvət edərək, birincini Forza Motorsport 7 simulyatoru üzrə, ikincini isə yeni Honda Civic Type R sükanı arxasına əyləşdirərək, ABŞ-dakı Road Atlanta halqavari yolunda yarışa çıxardıb.

Honda Civic Type R-ın real sürücüsü öz virtual rəqibiylə rəqabət apara bilsin deyə, şirkətin mütəxəssisləri avtomobili əlavə edilmiş reallıq sistemiylə təchiz ediblər. Hansı ki, Forza 7 oyunçusunu avtomobilin ön şüşəsində əks edib.

Nəticədə, hərəkət zamanı Qrehem Rahal opponentinin rəqəmsal “kabusunu” qarışıq reallıq rejimində izləyə bilib.
[media=https://www.youtube.com/watch?v=v2DPAnkOPkA]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru