"Espanyol" son 27 ildə ilk dəfə bir mövsümdə "Real", "Barselona" və "Atletiko"nu məğlub edib

28-02-2018, 09:50           
"Espanyol" son 27 ildə ilk dəfə bir mövsümdə "Real", "Barselona" və "Atletiko"nu məğlub edib
"Espanyol" futbol üzrə İspaniya çempionatının 26-cı turunda öz meydanında 93-cü dəqiqədə vurduğu yeganə qolla "Real Madrid"i 1:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, "tutuquşular" bu mövsüm həmçinin İspaniya Kubokunda "Barselona" (1:0), çempionatda isə "Atletiko" üzərində (1:0) qələbə qazanıblar.

Beləliklə, "Espanyol" İspaniya çempionatının liderlərini məğlub etdyi 1980/81-ci illər mövsümündəki nailiyyətini təkrarlayıb. Bundan əlavə, 1997/98-ci illər mövsümündən bu yana ilk dəfə olaraq öz meydanında bu rəqiblərdən heç birinə yenilməyib.

Hazırda komanda turnir cədvəlində izləyiciləridən bir oyun artıq oynamaqla 13-cü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru