Türkiyədə nəfəs kəsən gün: 101 dəqiqə, 3 "qırmızı"... - Video

2-03-2018, 09:06           

Türkiyə kubokunda yarımfinal mərhələsində növbəti oyun keçirilib. İstanbul derbisində “Beşiktaş” öz meydanında “Fənərbaxça”nı qəbul edib.

Axar.az xəbər verir ki, gərgin keçən oyunda hakim 3 qırmızı vərəqə göstərib. 101 dəqiqə davam edən matçda “Fənərbaxça”dan Alpər və Volkan (qapıcı), “Beşiktaş”dan isə Quarejma qırmızı vərəqə alıb.

Hərəyə iki qol vuran tərəflər meydandan 2:2 hesablı bərabərliklə ayrılıb. "Beşiktaş”dan qolları Neqredo (14 dəq.) və Talişka (82-ci dəq.), “Fənəbaxça”dan isə Soldado (17-ci dəq.) və Şənər (45+2-ci dəq.) vurublar.

Qeyd edək ki, bu komandalar bir neçə gün öncə Türkiyə Super Liqası çərçivəsində qarşılaşmış və “Beşiktaş” 3:1 hesablı qələbə qazanmışdı.
[media=https://www.youtube.com/watch?v=blYZ-TEpXkg]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru