Çempionlar Liqası: “Qarabağ”-BATE oyunu başladı 0-1

7-08-2018, 21:42           
Çempionlar Liqası: “Qarabağ”-BATE oyunu başladı 0-1
Çempionlar Liqasının “Qarabağ”-BATE matçı başlayıb. Hələlik hesab açılmayıb.

* * *20:32

Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin saat 21:00-da başlayacaq ilk matçında qarşılaşacaq “Qarabağ”–BATE görüşü üçün start heyətlər açıqlanıb.

Virtualz.org bildirir ki, “Qarabağ”ın start heyətində Hannes Haldorsson, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnnosent Emeqara, Miçel, Con Delarj, Rəşad Sadıqov, Abdella Zubir, Bədavi Hüseynov, Donald Gerye yer alıblar.

BATE-nin ilk onbirliyində isə meydana Denis Şerbirski, Aleksandr Fikipoviç, Yevgeniy Yablonski, Stanislav Draqun, Mirko İvaniç, Nikolay Siqneviç, Aleksey Rios, Yeqor Filipenko, İqor Staseviç, Dmitri Baqa, Maksim Volqko çıxacaqlar.

Oyunu isveçli hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Andreas Ekberqindir. Ona Mehmet Kulum və Stefan Hallberq kömək edirlər. Dördüncü hakim funksiyasını isə Kristofer Karlsson yerinə yetirir.

“Qarabağ”-BATE qarşılaşmasının qalibi pley-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə üz-üzə gələcək. Mübarizəni dayandıran klub isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)–“Valur” (İslandiya) oyununun qalibi ilə görüşəcək.
Teref.az xəbər verir ki, 1 -ci hissədə BATE "Qarabağ!-ın qapısından 1 top keçirdib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.