Belçikalı qolkiper Kurtua “Real Madrid” klubuna transfer edilib. Trend-in məlumatına görə qapıçı sabah Madriddə tibbi baxışdan keçdikdən sonra “Santyaqo Bernabeu” stadionunda azarkeşlərə təqdim olunacaq.
26 yaşlı futbolçu “Real”la 6 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Kurtua “Çelsi” klubu ilə 4 mükafat əldə edib.