"Özümün nə evim, nə də maşınım var” - Adil Əliyevin dələduz adlandırdığı federasiya prezidenti danışdı

21-08-2018, 18:41           
"Özümün nə evim, nə də maşınım var” - Adil Əliyevin dələduz adlandırdığı federasiya prezidenti danışdı
Bir neçə ay əvvəl millət vəkili, Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev Unikal.org-a verdiyi müsahibədə bəzi federasiyaları dələduz adlandırmışdı.

Millət vəkilinin dələduz adlandırdığı federasiyalardan biri də Faiq Rəfiyevin rəhbəri olduğun Azərbaycan Budo Federasiyasıdır.

Unikal.org-a danışan F.Rəfiyev millət vəkiliylə görüşüb bununla bağlı söhbət etdiklərini deyib

"Hazırda mən ölkə xaricindəyəm. İşlə bağlı gəlmişəm. Federasiyamız fəaliyyətini davam etdirir. İdmançılarımız komandadır, məşqlər keçirilir. O ki qaldı Adil Əliyevin müsahibədə dediklərinə, bu barədə oxumuşam. Bizim Adil müəllimlə heç bir problemimiz yoxdur. Həmin müsahibədən sonra biz Adil Əliyevlə görüşmüşük.

Ola bilsin həmin vaxtonun bizdən incikliyi olub. Hazırda münasibətlər yaxşıdır. Düzdür əvvəllər bir az anlaşılmazlıq olmuşdu. Budo Döyüş Növlərində "freeKontakt” stili var. Onun qaydaları da kikboksa yaxındır. Problem də buradan yaranmışdı”.

Sonda Faiq Rəfiyev özü haqqında və federasiyanın maddi durumu haqqında bəzi məlumatları verib:

"Mən heç bir dövlət işində çalışmıram. Azərbaycan Budo Döyüş Növlərinin rəhbəriyəm. Hazırda heç bir maliyyə dəstəyimiz yoxdur. Buna görə də çətinliklərimiz çoxdur. Buna görə bir-iki sponsor olacaq şəxslərllə görüşmüşük.

Maddi vəziyyətə görə idmançılarla aramızda heç bir problem yaranmayıb. Komandadakı hamı məni başa düşür. Yəni, onların yaşadığını mən də yaşayıram. Özüm də 21 ildir Bakıda kirayən qalıram. Özümün nə evim, nə də maşınım var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru