Ronaldo möhtəşəm qolundan danışdı- “Unutmayacağam” - Video

29-08-2018, 08:14           
Ronaldo möhtəşəm qolundan danışdı- “Unutmayacağam” - Video
“Yuventus”un hücumçusu Kriştianu Ronaldo vurduğu qolun UEFA tərəfindən mövsümün ən yaxşı seçilməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, portuqaliyalı ulduz fərqləndiyi anı unutmayacağını söyləyib:

“Mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. O anı heç vaxt unutmayacağam. Xüsusən də azarkeşlərin reaksiyasını”.

Qeyd edək ki, UEFA-nın rəsmi saytında keçirilən sorğuda azarkeşlər Ronaldonun ötən il “Real”ın heyətində Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə “Yuventus”un qapısından keçirdiyi topu avrokuboklarda ötən mövsümün ən yaxşı qolu seçiblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru