“Qarabağ” Avropa Liqasında həlledici oyuna çıxacaq

30-08-2018, 07:37           
“Qarabağ” Avropa Liqasında həlledici oyuna çıxacaq
Bu gün 2018/2019-cu illər mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək bütün komandalar müəyyənləşəcək.

"Report" xəbər verir ki, pley-off mərhələsinin cavab oyunlarından sonra qalan 21 iştirakçı da bəlli olacaq. Yarışda iştirak edəcək 48 klubdan 17-si qrup mərhələsinə birbaşa vəsiqə əldə edib. Bunlar "Vilyarreal", "Betis" (hər ikisi İspaniya), "Bayer", "Ayntraxt" (hər ikisi Almaniya), "Çelsi", "Arsenal" (hər ikisi İngiltərə), "Latsio", "Milan" (hər ikisi İtaliya), "Marsel", "Renn" (hər ikisi Fransa), "Krasnodar" (Rusiya), "Sportinq" (Portuqaliya), "Vorskla" (Ukrayna), "Anderlext" (Belçika), "Akhisar" (Türkiyə), "Yablonets" (Çexiya) və "Sürix" (İsveçrə) komandalarıdır.

Çempionlar Liqasının (ÇL) Liqa Yolunun III təsnifat mərhələsində uduzan 4 kollektiv - "Spartak" (Rusiya), "Standard" (Belçika), "Slaviya" (Çexiya) və "Fənərbaxça" (Türkiyə) da Avropa Liqasının qrupuna düşüb.

Bu komandalara ÇL-in pley-off mərhələsində mübarizəni dayandıran daha 6 komanda qoşulub. Bunlar "Dinamo" (Kiyev, Ukrayna), "Dinamo" (Zaqreb, Xorvatiya), "Videoton” (Macarıstan), BATE (Belarus), PAOK (Yunanıstan) və "Zaltsburq" (Avstriya) kollektivləridir.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

30 avqust

18:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr)

İlk oyun - 0:1

18:00. "Ufa" (Rusiya) - "Reyncers" (Danimarka)

İlk oyun - 0:1

19:30. AEK (Larnaka, Kipr) - "Trençin" (Slovakiya)

İlk oyun - 1:1

20:30. "Leyptsiq" (Almaniya) - "Zarya" (Luqansk, Ukrayna)

İlk oyun - 0:0

20:30. "Kopenhagen" (Danimarka) - "Atalanta" (İtaliya)

İlk oyun - 0:0

21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Torpedo" (Kutaisi, Gürcüstan)

İlk oyun - 1:0

21:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova)

İlk oyun - 0:1

21:00. ÇFR (Kluj, Rumıniya) - "Düdelanj" (Lüksemburq)

İlk oyun - 0:2

21:00. "Mölde" (Norveç) - "Zenit" (Rusiya)

İlk oyun - 1:3

21:00. "Apollon" (Kipr) - "Bazel" (İsveçrə)

İlk oyun - 2:3

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Sarpsborq" (Norveç)

İlk oyun - 1:3

21:15. "Mityullann" (Danimarka) - "Malmö" (İsveç)

İlk oyun - 2:2

22:00. "Beşiktaş" (Türkiyə) - "Partizan" (Serbiya)

İlk oyun - 1:1

22:15. "Şkendiya" (Albaniya) - "Rusenborq" (Norveç)

İlk oyun - 1:3

22:30. "Spartak" (Trnava, Slovakiya) - "Olimpiya" (Lyublyana, Sloveniya)

İlk oyun - 2:0

22:30. "Bröndbü" (Danimarka) - "Genk" (Belçika)

İlk oyun - 2:5

22:30. "Styaua" (Rumıniya) - "Rapid" (Vyana, Avstriya)

İlk oyun - 1:3

22:45. "Börnli" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 1:3

22:45. "Bordo" (Fransa) - "Gent" (Belçika)

İlk oyun - 0:0

23:00. "Seltik" (Şotlandiya) - "Suduva" (Litva)

İlk oyun - 1:1

23:45. "Sevilya" (İspaniya) - "Siqma" (Çexiya)

İlk oyun - 1:0

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 31-də atılacaq. Yarışın final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru