"Ronaldonun qərarını başa düşmədim" - Platini

30-08-2018, 07:49           
"Ronaldonun qərarını başa düşmədim" - Platini
UEFA-nın sabiq prezidenti Mişel Platini "Yuventus"un futbolçusu Kriştiano Ronaldo haqda açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, portuqaliyalı hücumçunun "Real"dan Turin klubuna keçməsi ilə bağlı verdiyi qərarı başa düşmədiyini deyib: "Kriştianonun "Yuventus"a transferini anlamadım. "Real" kimi bir klubda 3 il dalbadal Çempionlar Liqasının kubokunu qazanan 33 yaşlı bir futbolçu yeni macəra axtarması bir az qəribədir. Mən 32 yaşında ikən yorulub, futboldan getmişdim. Ronaldonun qərarını başa düşmədim".

Qeyd edək ki, Ronaldo bu yay "Yuventus"la 4 illik müqavilə imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru