Atletika üzrə dünya çempionu Ramil Quliyev növbəti dəfə medal qazanıb

31-08-2018, 07:42           
Atletika üzrə dünya çempionu Ramil Quliyev növbəti dəfə medal qazanıb
Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı yüngül atlet Ramil Quliyev növbəti dəfə medal qazanıb.

AZƏRTAC xəbər verir ki, soydaşımız İsveçrədə keçirilən və Almaz liqasının iki finalından biri olan Sürix Weiltklasse atletika yarışlarında 200 metr məsafəni 19,98 saniyəyə qət edərək gümüş medala layiq görülüb. Bu yarışın qalibi məsafəni 19,67 saniyəyə qət edən amerikalı Noah Layls olub.

Xatırladaq ki, Ramil Quliyev ötən ilin avqustunda Londonda 200 metr məsafəyə qaçış yarışında finişə 20,09 saniyəyə çataraq dünya çempionu adını qazanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru