“Real”a lazım olmayan hücumçu “Levante”yə icarəyə verildi
1-09-2018, 07:35
“Real”ın hücumçusu Borxa Mayoral mövsümün sonuna qədər digər İspaniya klubuna keçdi. Trend-in məlumatına görə, Mayoral 1 illik icarə əsasında “Levante” klubunda çıxış edəcək.
Xatırladaq ki, hücumçu ötən mövsüm “Real”ın heyətində La Liqada 14 oyuna 3 qol vura bilib.