Portuqaliyalı müdafiəçi Fabio Koentrao ”Real”la müqaviləsinə xitam verərək klubdan ayrılıb. Trend-in məlumatına görə, 30 yaşlı futbolçu azad agent statusunda Portuqaliyaya qayıdıb.
Koentrao karyerasına yetişdirməsi olduğu “Riu Ave” klubunda davam edəcək. O, əvvəllər 2005-2007-ci illərdə klubun şərəfini qoruyub.