"Yuventus" ardıcıl üçüncü qələbəsini qazanıb, Ronaldu yenə fərqlənə bilməyib - VİDEO

2-09-2018, 08:42           
"Yuventus" ardıcıl üçüncü qələbəsini qazanıb, Ronaldu yenə fərqlənə bilməyib - VİDEO
İtaliyanın "Yuventus" klubu futbol üzrə İtaliya A Seriyasının 3-cü turunda "Parma" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Parma şəhərinin "Ennio Tardini" stadionunda keçirilən görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçda hesab 2-ci dəqiqədə açılıb. Mario Mancukiç Xuan Kuadradonun cərimə meydançasına göndərdiyi topu qapıdan keçirib. 33-cü dəqiqədə ev sahibləri Jervinyonun qolu sayəsində hesabda tarazlıq yaradıblar.

İkinci hissədə xorvat futbolçu Mancukiç yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə o, məhsuldar ötürmə ilə yadda qalıb. Marionun daban ötürməsini Bleza Matüidi rəqib qapısının sol küncünə yönəldib.

Turin klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu bu dəfə də komandada qol hesabını aça bilməyib.

"Yuventus" (9 xal) hazırda A Seriyasında birinci, "Parma" (1 xal) isə 15-ci pillədə qərarlaşıb.

İtaliya A Seriyası. 3-cu tur

"Parma" – "Yuventus" - 1:2

Qollar: 0:1 – Mancukiç – 2, 1:1 – Jervinyo – 33, 1:2 – Matüidi – 58













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru