Maradona Meksika futbol klubunun baş məşqçisi olmağı planlaşdırır

6-09-2018, 08:03           
Maradona Meksika futbol klubunun baş məşqçisi olmağı planlaşdırır
Argentinalı futbol mütəxəssisi Dieqo Maradona Meksikanın "Dorados de Sinaloa" klubunu çalışdıra bilər.

"Report" xəbər verir ki, bu barədə məlumatı jurnalist TuC Martina Arevaloya istinadən "Sovetskiy sport" yayıb.

"Ümid edirəm ki, o, bu işi alacaq. Bu, baş məşqçi olmaq üçün yaxşı fürsətdir", - deyə Arevalo özünün instaqramında yazıb.

Bildirilir ki, əgər Maradona bu vəzifəyə təyinat alsa, o, Brestin "Dinamo" klubunun idarə heyətinin sədri vəzifəsi ilə vidalaşmalı olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.