ABŞ hərbçilərinə sərhəddə miqrantlara atəş açmaq icazəsi verilib

22-11-2018, 06:48           
ABŞ hərbçilərinə sərhəddə miqrantlara atəş açmaq icazəsi verilib
Ağ ev aparatının rəhbəri Con Kelli ABŞ-ın Meksika ilə sərhədinə yerləşdirilmiş hərbçilərə zərurət yaranacağı təqdirdə atəş açmaq icazəsi verən memorandum imzalayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Military Times" nəşri yazıb.

Qeyd olunur ki, sərəncam ABŞ kontingentinə müdafiə nazirinin sərhəd-nəzarət məntəqəsi əməkdaşlarının müdafiəsi üçün zəruri bildiyi hərəkəti etməyə icazə verir.

Burada həmçinin söhbət güc tətbiqi (eləcə də, zərurət yarandıqda hədəfə atəş açmaq) kütləyə nəzarət, müvəqqəti saxlama və qısa axtarışdan gedir.

Bundan əvvəl məhkəmə Donald Trampın qeyri-qanuni miqrantlarla bağlı fərmanının icrasını dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru