Kolumbiyada partlayış nəticəsində ən azı 4 polis yaralanıb
22-11-2018, 06:54
Kolumbiyada partlayış nəticəsində ən azı 4 polis əməkdaşı yaralanıb.
Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata əsasən, Tibu vilayətində baş verən partlayış polislərin rayonda yoxlamalar keçirdikləri zaman baş verib. Həmin anda naməlum şəxslər partlayıcı qurğunu işə salıblar.
Yaralananlar xəstəxanaya yerləşdirilib. Yerli hakimiyyət araşdırmaya başlayıb.