“Brent” markalı neftin qiyməti artıb

22-11-2018, 07:02           
“Brent” markalı neftin qiyməti artıb
Çərşənbə günü axşam neftin dünya qiymətləri bir gün əvvəl 7 faiz azalmadan sonra korreksiya çərçivəsində 2-3 faiz artıb.“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu hərracların nəticələri göstərir.
Bakı vaxtı ilə 22.09-a olan məlumata görə, “Brent” markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 2,54% artaraq bir barel üçün 64,12 dollara çatıb.
WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 3,65% artaraq 55,38 dollar təşkil edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp neftin qiyməti aşağı düşdüyünə görə Səudiyyə Ərəbistanına təşəkkür edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru