Komitədən Sabunçu həbsləri ilə bağlı – Açıqlama

6-11-2015, 13:43           
Komitədən Sabunçu həbsləri ilə bağlı – Açıqlama
Biz deyə bilmərik ki, onlar hansı tipdə qurumdurlar. Bunu özlərindən soruşmaq lazımdır. Çünki komitədə dini icmaların qeydiyyatına baxılır.

Bu sözləri Axar.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva “Müsəlman birliyi hərəkatı” haqda danışarkən deyib.

Komitə sözçüsü qeyd edib ki, ötən gecə paytaxtın Bakıxanov qəsəbəsində “Müsəlman birliyi hərəkatı”nın sədr müavini Elçin Qasımlının saxlanılması ilə bağlı keçirilən aksiya barəsində Komitə bəyanat verəcək.

Qeyd edək ki, E.Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu Rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb.

E.Qasımlının azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb. Onlar bu gün məhkəməyə çıxarılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.