Azərbaycan bayrağı haqqında bilmədiklərimiz - ARAŞDIRMA
9-11-2015, 00:58
MÜQƏDDƏS BAYRAQ BAYRAMINIZ MÜBARƏK!
Azərbaycanın hazırki üçrəngli dövlət bayrağı 9 noyabr 1918-ci ildə Azərbaycan parlamenti tərəfindən qəbul edilib. Müstəqillikdən sonra Xalq Cumhuriyyətinin varisi kimi yenidən ölkəmizin suverenlik rəmzi olan bu sancaq ikinci dəfə Azərbaycanın başı üstə dalğalanmağa başlayıb. Bu bayraq qəbul edilərkən bir neçə ilkə imza atmaqla, həm də bir sıra sirrləri özündə gizlədə bilib.
Hafta.az bir çoxlarımızın bilmədiyi həmin sirrləri, bayrağımız haqqındakı maraqlı məqamları sizlərə təqdim edir:
1. İlk dəfə səkkiz guşəli ulduz demokratik dövlətlər arasında Azərbaycan bayrağında təsvir edilib.
2. Azərbaycan bayrağından başqa səkkiz guşəli olduz təsviri 1992-ci ildə qəbul edilən Moldova bayrağında öz əksini tapıb. Moldavanların dövlət rəmzindəki 8 guşəli ulduz simvolu hunların bu ərazilərdə hökmranlığını və yerli xalqın türk kökənli olmasına işarədir.
3. Azərbaycan bayrağındakı aypara 1918-ci ildə heç də islamın simvolu kimi təsvir olunmayıb. Bayrağımızdakı bölünmüş ay əski türk inancındakı öküz buynuzunu-güc,qüvvə rəmzinin simvoludur.
4. Səkkiz guşəli ulduzun mənası 8 böyük türk imperiyası ilə bərabər, həm də ərəbcə Azərbaycan kəlməsinin 8 hərflə yazılmasına işarədir.
5. Seyşel adaları xaricində dünyanın heç bir ölkəsinin bayrağında göy, qırmızı və yaşıl rənglər bir yerdə təsvir edilməyib. Seyşel adalarının bayrağı isə 9 rəngdən ibarətdir.
6. Azərbaycanın dövlət bayrağı həm də Güney Azərbaycanın milli birlik simvolu, Qaşqay türklərinin də məclis bayrağıdır.