Abşeronda güclü partlayış: - ata, ana və qızı yaralandı
10-11-2015, 16:02
Abşeron rayonunda partlayış olub.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 9-da saat 15 radələrində Abşeron rayonunun Yuxarı Güzdək qəsəbəsində yaşayan Azad Əsgərovun evində qaz sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə yanıq xəsarəti almış A.Əsgərov, arvadı Günel və qızı Dəniz xəstəxanaya yerləşdirilib.