Eldar Mahmudovun əmisi oğlu polis rəisi vəzifəsindən çıxarıldı

10-11-2015, 17:21           
Eldar Mahmudovun əmisi oğlu polis rəisi vəzifəsindən çıxarıldı
Səbail rayon polis idarəsinin rəisi İlqar Mahmudov vəzifəsindən azad olunması ilə bağlı ərizə verib.

Dia.az xəbər verir ki, bu barədə haqqin.az saytına DİN-dəki mənbə məlumat verib.

Qeyd edək ki, bır sıra KİV-də Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İ.Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.
Qeyd edək ki, dünənə qədər İlqar Mahmudov öz vəzifəsində qalırdı.

"İlqar Mahmudov pensiyaya çıxıb, o bundan sonra polis orqanlarında işləmək niyyətində deyil", - deyə mənbə bildirib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.