Ağstafada qətlə yetirilənlərin qohumu danışdı – VİDEO

17-06-2019, 20:04           
Ağstafada qətlə yetirilənlərin qohumu danışdı – VİDEO
Ağstafanın Böyük Kəsik qəsəbəsindəki bazarda bu gün törədilən qətliam nəticəsində ölən və yaralananların qohumu və həkim danışıb.
Teref.az Xəbər.tv-yə istinadən xəbər verir ki, qətlə yetirilənlərin qohumu Şahin Mustafayev bildirdi ki, bu nəsil davasıdır: “Atəş bir nəfər tərəfindən açılıb amma, silahı başqası gətirib, ona isə başqa adam verib.”

Ağstafa rayon Mərkəzi Xəstəxananın həkimi Teyyub Carçıyev isə həmin şəxslərin vəziyyəti ilə bağlı məlumat verib: “Bu gün xəstəxanamıza odlu silah yaralanmsından 3 nəfər gətirilib. Onlardan birinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə kafidir”.

Qeyd edək ki, bu gün 25 yaşlı Elnur Süleymanov Ağstafanın Böyükkəsik kəndində “Kalaşnikov”la 4 nəfəri öldürüb, 3 nəfəri isə yaralayıb. Hadisənin qan davası zəminində baş verdiyi bildirilir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.