Bakıda yol polisi zabitini maşın vurdu

11-11-2015, 20:13           
Bakıda yol polisi zabitini maşın vurdu
Bakıda yol polisini maşın vurub.

Lent.az-ın məlumatına görə, hadisə Neftçilər prospektində baş verib. Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Abasquliyev Samir Əlaslan oğlu "Mercedes" markalı avtomobillə Baş Polis İdarəsi Yol Patrul Xidmətinin baş inspektoru, polis kapitanı İsmayılov Elçin Nazir oğlunu vurub.

Xəsarət almış polis zabiti Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.