175 min dollar taksilərdə unuduldu

10-07-2019, 08:22           
175 min dollar taksilərdə unuduldu
Cari ilin 6 ayı ərzində Dubayda taksi sürücüləri sərnişinlərin avtomobildə unutduqları ümumilikdə 640 min dirhəm (təxminən 175 min dollar) nağd vəsaiti tapıntılar bürosuna təhvil veriblər. Həmçinin sürücülərdən biri sərnişinə yaddan çıxardığı 45 min dolları qaytarıb.

Azərtac xəbər verir ki, Dubayın taksi korporasiyasının məlumatına görə, göstərilən dövr ərzində sərnişinlər Dubay taksilərində 7408 şəxsi əşya yaddan çıxarıblar. Əşyaların arasında nağd pul, mobil telefon, pasport, zinət əşyaları və hətta qızıl külçələri yer alıb. Bununla yanaşı, qiymətli əşyaların üçdə ikisi sərnişinlərə qaytarılıb. Hazırda Dubayın taksi korporasiyasında 12 minə yaxın sürücü çalışır və avtomobillərin əksəriyyəti videomüşahidə kameraları ilə təchiz edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru