Kanada təyyarəsi turbolent zonaya daxil olub, azı 35 nəfər xəsarət alıb

12-07-2019, 07:47           
Kanada təyyarəsi turbolent zonaya daxil olub, azı 35 nəfər xəsarət alıb
Kanadanın “Air Canada” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin turbolentlik zonasına daxil olması nəticəsində azı 35 nəfər xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb.

Məlumata görə, “Beoing 777-200” tipli təyyarə Torontodan Sidneyə uçurmuş. Kanadadan havaya qalxdıqdan sonra təyyarə turbolent zonaya daxil olub və məcburən Honolulu hava limanına enmək məcburiyyətində qalıb. Laynerin göyərtəsində 269 sərnişin və 15 ekipaj üzvü olub. Onlarda 35 nəfəri müxtəlif travmalar olub.

Hazırda yaralılara hospitalda yardım göstərilir. Onlar yaxın vaxtlarda Avstraliyaya uçacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru