Bakıda iri şüşə avtomobilin üzərinə düşərək salona keçib, sürücü xəsarət alıb - FOTO

13-07-2019, 07:19           
Bakıda iri şüşə avtomobilin üzərinə düşərək salona keçib, sürücü xəsarət alıb - FOTO
Səbail rayonunda güclü külək zamanı iri şüşə parçası binadan avtomobilin üzərinə düşüb.

APA xəbər verir ki, gecə saatlarında Cəfərov Ağakərim Rafiqoğlu idarə etdiyi “Nissan” markalı avtomobillə Nizami küçəsində hərəkətdə olub. Güclü külək nəticəsində yaxınlıqdakı oteldən iri şüşə avtomobilin banına çırpılıb. Sürücü idarə etməni itirərək nəqliyyat vasitəsini səkiyə çırpıb.

A.Cəfərov xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Avtomobil isə yararsız hala düşüb.



Fakt araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.