Partlayışda yaralanan hərbiçimiz vəfat etdi

14-07-2019, 21:32           
Partlayışda yaralanan hərbiçimiz vəfat etdi
İyulun 6-da Ağstafa rayonunda yerləşən hərbi hissələrdən birində baş vermiş partlayış zamanı yaralanan hərbiçilərimizdən biri vəfat edib.
Teref.az xəbər verir ki, tank mərmisin partlaması zamanı ağır xəsarət alan Nurlan Rəhim oğlu Məmmədov xəstəxanada dünyasını dəyişib. Tankçı gizir 8 gün Bakıdakı hospitalda komada olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hərbiçinin ölümü ilə Müdafiə Nazirliyi rəsmi açıqlama yaymayıb.

Partlayışla bağlı ilkin məlumatı Müdafiə Nazirliyi yaymışdı. Məlumata görə, hərbi hissələrdən birində partlayış nəticəsində iki hərbi qulluqçu - gizir Amiddin Şahmalı oğlu Ağalarov və kiçik çavuş Samir Çingiz oğlu Salahov həlak olub, gizir Nurlan Rəhim oğlu Məmmədov ağır yaralanmışdı.

Criminal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru