Bilgəh çimərliyində iki nəfər dənizdə boğulub - VİDEO
14-07-2019, 21:41
Bilgəh çimərliyində iki nəfər dənizdə boğulub.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə baş verən ərazidə axtarışlara başlayıb. Dənizdə batan iki nəfərdən biri artıq sahilə çıxarılıb.
Əraziyə gələn təcili yardım briqadası gəncə ilkin tibbi yardım göstərib və həyatını xilas edib. Digər şəxsin isə axtarışları davam etdirilir.