İnsanlar 20 metr hündürlükdən yıxıldı - Dəhşətli faciə
15-07-2019, 08:11
Hindistanın Əhmədabad şəhərində (Qucarat ştatı) əyləncə mərkəzində qurğulardan birində əylənən insanlar texniki problem nəticəsində 20 metr yüksəklikdən yerə yıxılıb.
Teref.az Azərtac-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 28 nəfər yaralanıb.
Hadisə yerinə dərhal xilasedicilər, təcili tibbi yardım briqadası cəlb edilib.
Xilasetmə əməliyyatları bir neçə saat davam edib. Hadisə ilə əlaqədar polis araşdırmaya başlayıb.