İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi

17-07-2019, 10:47           
İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi
Rusiyanın Şimali Qafqaz dairə məhkəməsi azərbaycanlı Erik Şabanovu İŞİD terror təşkilatını maliyyələşdirməkdə təqsirli bilib.

Məhkəmə E.Şabanovu terrorçuluğa yardım ittihamı üzrə altı il müddətinə azadlıqdan məhrum edib.

O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.

E.Şabanov Mahaçqalada yaşayıb. İstintaqın məlumatına görə, o, 2016-cı ildə İŞİD üzvlərinə 30 min rubl (811 manat) köçürüb.(oxu.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.