Pentaqon İrana məxsus PUA-nın vurulmasına aydınlıq gətirib

19-07-2019, 10:53           
Pentaqon İrana məxsus PUA-nın vurulmasına aydınlıq gətirib
ABŞ gəmisi Hörmüz boğazının beynəlxalq sularında İranın pilotsuz uçan aparatını (PUA) özünümüdafiə məqsədi ilə vurub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Conatan Hoffman bildirib.

Onun sözlərinə görə, PUA "USS Boxer" desant gəmisinə təhlükə yaradacaq məsafəyə yaxınlaşıb. Bundan sonra hərbçilər gəmi və ekipajın təhlükəsizliyini təmin etməyə qərar veriblər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana məxsus PUA-nın ABŞ gəmisinin 900 metrliyində vurulduğunu açıqlayıb. Ağ evin rəhbəri dronun hərbçilər üçün təhdid olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru