Pomidorun qiyməti 20 faiz ucuzlaşdı

26-07-2019, 18:00           
Pomidorun qiyməti 20 faiz ucuzlaşdı
Əvvəlcədən planlaşdırıldığı kimi, açıq sahədə əkilən pomidorların paytaxt, eləcə də region bazarlarına çıxarılması bu məhsulun qiymətinə təsir edib.

Ekspertin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin apardığı monitorinq nəticəsində pomidorların qiymətinin 20 faizdən çox ucuzlaşdığı məlum olub:

“Qiymətin aşağı düşməsi açıq sahələrdə yetişdirilən pomidorların bazara kütləvi şəkildə çıxarılması ilə bağlıdır. Azərbaycanda 2019-cu ildə 650 min ton pomidorun yetişdirilməsi nəzərdə tutulub. Daxili tələbatın 400 min ton olduğunu nəzərə alsaq, görərik ki, bu il üçün yetişdirilən pomidor daxili tələbatdan təxminən 50 faiz çoxdur. Bu da təbii ki, qiymətlərə təsir göstərir. Fermerlərlə apardığımız söhbətlərdən də aydın olur ki, növbəti mərhələdə daha çox sahə pomidorlarının bazara çıxarılacağı gözlənilir. Buna görə pomidorun qiymətinin daha da ucuzlaşacağı istisna edilmir”.

V.Bayramov qeyd edib ki, bu il hava şəraiti ilə əlaqədar açıq sahədə əkilən pomidorun yığımı ləngimişdi. Buna görə də pomidorun qiymətində artım müşahidə edilmişdi.(Trend)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.