Bakıdan Dubaya uçan təyyarə yanğın təhlükəsi səbəbindən məcburi eniş edib

27-07-2019, 09:37           
Bakıdan Dubaya uçan təyyarə yanğın təhlükəsi səbəbindən məcburi eniş edib
“Azərbaycan Hava Yolları”nın Bakıdan Dubaya uçan J2-015 nömrəli reysində hava gəmisinin kapitanı geri dönüb və Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş üçün icazə istəyib.

AZAL-dan “Report”a verilən məlumata görə, "Airbus A319" təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorunun işə düşməsi olub.

Bakı vaxtı ilə saat 23:28-də təyyarə Bakı aeroportunda uğurlu eniş edib. Təyyarənin yoxlanışından sonra detektorun səhvən işə düşdüyü məlum olub.

Heyət üzvləri də daxil olmaqla laynerin göyərtəsində 113 nəfər olub, zərərçəkən yoxdur.

Sərnişinlər Dubaya ehtiyat təyyarə ilə yola düşəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru