Nərimanov rayonunda 40 yaşlı kişi qayınları tərəfindən bıçaqlanıb

27-07-2019, 09:38           
Nərimanov rayonunda 40 yaşlı kişi qayınları tərəfindən bıçaqlanıb
Böyükşor yaşayış massivində, 73 saylı orta məktəbin yaxınlığında bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, 1979-cu il təvəllüdlü İbrahimov Ceyhun İslam oğlu qayınları tərəfindən bıçaqlanıb.

Bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbəsi alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

Ona qarının, kürəyin və belin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru