Blogger kanalizasiyada həlak oldu

28-07-2019, 10:35           
Blogger kanalizasiyada həlak oldu
“Road to film” "YouTube" kanalının 40 yaşlı belaruslu müəllifi Pavel Ş. Sankt-Peterburqda dünyasını dəyişib.

“Yeni Sabah” xəbər verir ki, bloqer bələdçisi Aleksey K. ilə birlikdə kanalizasiyalardan birində çəkiliş aparmaq istəyib.

Kameraları 5 metr dərinlikdə yerləşdirən Pavel və Alekseylə gecə yarısı qəfildən əlaqə kəsilib.

Onların dostu Fövqəladə Hallar Nazirliyinə (FHN) zəng etməli olub. Xilasedicilər kanalizasiyada hər iki şəxsin cəsədini aşkar ediblər. Onların oksigen çatışmazlığından öldüyü bildirilib.

Qeyd edək ki, “Road to film”in 580 min abunəçisi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru