ABŞ-da inanılmaz cinayət: sevgilisini öldürüb, beynini yedi

28-07-2019, 11:40           
ABŞ-da inanılmaz cinayət: sevgilisini öldürüb, beynini yedi
ABŞ-ın İndiana ştatında sevgilisini öldürməkdə şübhəli bilinən Cozef Oberxansli hakim qarşısına çıxarılıb.

Cinayət 2014-cü ildə baş verib. 46 yaşlı Temmi Co Blantonun meyiti evinin hamam otağında aşkarlanıb.

Araşdırma zamanı onun çoxsaylı bıçaq yarasından öldüyü məlum olub.

Bundan başqa, Temminin meyitinin yanında onun beyninin bir hissəsi aşkarlanıb.

Aparılan istintaq nəticəsində 38 yaşlı Cozef Oberxansli saxlanılıb.

O, ilkin dindirilmə zamanı əməlini etiraf etsə də, sonradan günahsız olduğunu bildirib.

Məlum olub ki, Cozef sevgilisini öldürdükdən sonra onun beyninin və ürəyinin bir hissəsini yeyib. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru