Bakıda ağır qəza: 1 ölü, 4 yaralı 28-07-2019, 21:13 Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.Bibiheybət məscidinin yaxınlığında “VAZ 2107” markalı avtomobillə “Mercedes” markalı maşın toqquşub.Nəticədə “VAZ 2107”-də olan, təxminən 28-30 yaşlı sərnişin ölüb. Bundan başqa, həmin avtomobildə olan 3 sərnişin və “Mercedes”in sürücüsü xəsarət alaraq 1 saylı xəstəxanaya yerləşdirilib.APA Facebook-da paylaş