Fransada atışma nəticəsində 3 nəfər ölüb 29-07-2019, 07:23 Fransanın Var departamentində silahlı insident nəticəsində 3 nəfər ölüb, daha biri yaralanıb."Report" "France Bleu" radiostansiyasına istinadən xəbər verir ki, hadisə Olyul kommunasındakı yanacaqdoldurma məntəqələrindən birində olub.Hadisənin təfərrüatları barədə məlumat yoxdur.Atışma nəticəsində iki nəfər hadisə yerində ölüb, üçüncü şəxs qadın olub və o, xəstəxanda keçinib. Facebook-da paylaş