Azərbaycanlı Rusiya ilə sərhəddə içib dava saldı

1-08-2019, 00:00           
Azərbaycanlı Rusiya ilə sərhəddə içib dava saldı
Dağıstanda sərhəd məntəqəsində dava salan Azərbaycan vətəndaşı məsuliyyətə cəlb edilib.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, müəyyən edilib ki, Rusiyanın dövlət sərhədini keçərkən buraxılış məntəqəsində dava salan D.Müftiyev sərxoş vəziyyətdə olub.

İnsidentin səbəbi barədə məlumat verilmir.

Məhkəmənin qərarı ilə onu 30 min rubl məbləğində cərimələyiblər. Qərar qanuni qüvvəyə minib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.